Yer üzü yağışın intizarında,
Nur yağış torpağa salama gəlir.
Ürək, nə çıxar ki ahu-zarından
Ruhlar dərdə gəlmir, kəlama gəlir.
Dəli çaylar sakit axmaz,
Ildırımlar nahaq çaxmaz.
Bir ərköyün,sözəbaxmaz,
Dəcəl döydü qapımızı.
Iki yoldan birini seç,
Bircə dəfə sakitlik ara, külək,
Tələsmə,gedirsən de hara külək.
Dörd bir yanı dağıdır qara külək,
Tufan qopur, salamat ev qoymayır,
Ürəklərə kədər,qüssə dolarmı,
Nə varmış Tanrının qorxularında,
Gül-çiçək ətirli qoxularında.
Mənim rəngli olan yuxularımda,
Başımı çiyninə qoyub ağlaram.
Doldum bulud yerinə,
Soldum söyüd yerinə.
Azca ümid yerinə,
Zərfmi qoyub gedirsən.
Verdin xara qəlbini,
Dəyirman işlər, sərasər,
Bir az üyünmək istədim.
Ürəyin ilə bərabər,
Bir az döyünmək istədim.
Alışdırram közüm ilə,
Qışın yerin yaz salmayır,
Qəmin yerin naz almayır.
Bilirsənmi azalmayır,
Ürəyimin döyüntüsü.
Ayrılığın lovğalanır,
Yenə də qaşımı çatıb qalmışam,
Fərəhi kədər satıb qalmışam.
Elə içindəcə batıb qalmışam,
Bu qədər düyünü mən necə çözüm,
Miras çoxdur, sələf tək,
Dayanıb naxələf tək.
İş dolaşıq kələf tək,
Daha çözüm qalmayıb.
Valı oxudub tərsinə,
Hicran gəldi sinə-sinə.
Çəkdi bəyaz sinəsinə,
Dağlar sözümü apardı.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.