Başı qatım, söz oynadım,
Daşı atım köz oynadım.
Qaşı çatım, göz oynadım,
Indi elə vaxtım deyil.
Çardaqda baca otursun,
Mən mahir qəvvasam, dünyamız dəniz.
Qoyub həyatımda hər fəsil bir iz.
Gəlişin həsrətlə arzularıq biz,
Payızın nə gözəl baxtı var imiş.
Yayın istisini yıxıb, orurub.
Göy üzü damar-damar,
Göydən yerə nur damar.
Bulud enər köksümə,
Ürəyimə su damar.
Çəkginən zehli məni,
Divarı nəm apardı,
Kədəri qəm apardı.
Sorma, hanı ürəyim,
Taleyi kəm apardı.
Qəmdən könül bağlar qubar,
Dərd ağarmaz, yağsa da qar.
Alıcı yox, satıcı var,
Bir böylə bazar içində.
Sevmək,dostum, böyük qüdrət,
Insanın olarmı yalan sevgisi,
Ağlını başından alan sevgisi.
Gecənin gündüzə olan sevgisi,
Otların üstündə şehdi, əzizim.
Ayrılıq səhrada qanqal bitirir,
Sevda yollarında çapdım atımı,
Gözlərdə kədəri,qəhəri gördüm.
Ilxının içində tapdım atımı,
Yanında madyanı,kəhəri gördüm.
Nədən kəsir yollarımı duman,çən
BƏHRAM BAĞIRZADƏYƏ
Bilirəm ki sənin ruhun indi necə əzab çəkir,
Axıtdığı göz yaşının hər damlası bir gül əkir.
Gülüstana dönüb həyat.
Sənin üçün müvəqqəti sönüb həyat.
SEVGİM
Baxışı qarı oyub,
Naxışın xarı soyub.
Menim tə k yarı qoyub,
Sevdin melalı, sevgim.
Nişanı, toyu da bir yarış imiş,
Harayı, hoyu da bir barış imiş.
Sən demə boyu da bir qarış imiş,
Bəs niyə böyütdük belə dünyanı.
Istəsə könlümdə tufan qopartsın,




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.