Söküb dağıdacaq yollar hasarı.
Özündən çıxanda yollara sarıl,
Boylanıb baxırsan yollara sarı,
Bezmişəm hap-gapından,
İynəsindən-sapından.
Yalan girən qapıdan,
Həqiqət küsər gedər.
İç üzünü açalar,
Əlimi sıxdın qəfil,
Həsrəti yıxdın qəfil.
Günəş tək çıxdın qəfil,
Dağıtdın dumanımı.
Neynirəm qəlbi koru,
Könlümü dağladırsan,
Qapısın bağladırsan.
Bəzən çox ağladırsan,
Bir azca ney kimisən.
Çox içsən başı xərab,
Xar ilə qucaqlaşdın,
Soyudun, sazaqlaşdın.
Getdikcə uzaqlaşdın,
Məni satdın yadamı.
Nədir yalanın,doğrun,
Qılıncdan itidir, biçir içimden,
Qanımı su kimi içir içimden.
Bir ağrı qatarı keçir içimden,
Qaranlıq tuneli köksümden imiş.
Qalmayıb dağların axar-baxarı,
Ayrılıq könlümü tarimar edir,
Məni öz içimdə zəlil, xar edir.
Həsrətin hələ də istismar edir,
Sanır ki əbədi köləsiyəm mən.
Mənim işıq həyatımdan qaranlıq bir kölgə kimi keçib getdin.
Qapqaranı bu dünyada istəyərək, bilə-bilə seçib getdin.
Kölgə adın nur ömrümə damla ziya salmadı heç,
Mənim parlaq yaddaşımda acı riya qalmadı heç.
Elə keçdin, elə getdin izinsə də düşmədi,
Amma ötən o bircə il ağrısız ötüşmədi.
Yaş tökmür ki hicranın,
Düz çökmür ki hicranın.
Əl çəkmir ki hicranın,
Izləyir kölgə kimi.
Həqiqət var sözümdə,
Şair ömrü yaşayıram,
Ağır bir yük daşıyıram.
Altındaca üşüyürəm,
Vüsalın özü kölgəli.
Küsülülər barışır, bax,




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.