Səbayeldə doğuldun,
Qaya tək sərt yoğruldun.
Sən ki ölməz oğuldun,
Əcəl gəldi haradan.
Cavidan.
Əyildim bir damla yağış götürəm,
Səmadan tökülən alğış götürəm.
Istədim günəşdən naxış götürəm,
Şüası qəlbimdə çaxdı da getdi.
Mənimlə dost olsun vüsal mələyi,
Hicrin sonu közl? rimd? n,
Q? ml? dolu sözl? rimd? n.
M? n bu yolu gözl? rimd? n.
Ç? kib, ç? kib ağlaram.
Qalmışam həsrətin məngənəsində,
Sonadək sıxılan yaya dönmüşəm.
Qulağım vüsalın yox kəlməsində,
Toy ikən qüssəli vaya dönmüşəm.
Adımı anırlar xoş günlərində,
Çay kənarı, yaşıl çəmən, bir də biz,
Yarpaqların rəngi əlvan şam olar.
Salacaqmı görən görüş ömrə iz?
Əksi düşər çaya, ehtişam olar.
Bu görüşün həsrətin çox çəkmişəm,
Sevdim bu dünyanın ən kübarını,
Amma ki görmədim heç tumarını.
Yığıb ürəyimə dərd-qubarımı,
Məzar otağıma cehiz apardım.
Sürdüyü ağ gəmidi,
Hər anı qəm dəmidi
Biçilməmiş zəmidi,
Bəhrəsi ayrılığın.
Içdiyim qırmızı mey,
Ayrılıq sözünün üstə dururkən,
Əlini masaya bərk-bərk vururkən.
Dörd yanda rəngarəng kasa dururkən,
Qanımı nədənsə boş qaba çəkdim.
Aldılar düşməndən layiqli öcü,
Yenə də başladı Şəhidlər köçü.
Oğlunu itirən analar üçün,
Bir daha sökülməz dan, Şəhidlərim.
Can Şəhidlərim.
Artıq dolmusan beş yaşa,
Dostsan yeganə qardaşa.
Arzum budur xoşbəxt yaşa,
Tezliklə geri dön evə,
Mənim gözəl Cansu nəvəm.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.