Gedirəm ayaqyalın,
Dağlar, salamat qalın.
Başımdakı xəyalın
Məni heç ovutmayır.
Əkdim sevgi toxumu,
Dayanıb durub külək?
Həngamə qurub külək.
Üzümə vurub külək,
Tərimi qurutmuşam.
Fərəhin dadına yetən təbəssüm,
Sevincdən bülbül tək ötən təbəssüm.
Sənin gözlərindən itən təbəssüm,
Mənim gözlərimə ox kimi batır.
Bu qədər zülm etmək heç rəvadırmı,
Sevdiyim çiçəklərin,
Siması göyçəklərin,
Al-əlvan ləçəklərin,
Gözəl ətri çox olar.
Əgər ürək əsərsə,
Buz kimi baxışında,
Qara çox naxışında.
Qəlbimin qar-qışında,
Üşüyər xatirələr.
Oldu həsrətin toyu,
Fikrim sığışarmı sözə,bilmirəm,
Hicrana,həsrətə dözə bilmirəm,
Dolaşıq kələfi çözə bilmirəm,
İlahi,Sən mənə bir ipücü ver.
O uca göylərdən mələk- ruh baxır,
Qəmli günlərimin pasibanısan,
Dünyanın nəğməkar bir insanısan.
Qəlbimin ən zərif, kövrək anısan,
Oxu, məhəbbətlə,oxu, Məhəbbət.
Oxusan, dayanmaz yaşım gözümdə.
Ayrılığa bitabam,
Dərd evinə yatabam.
Itirilmiş kitabam,
Bir də oxunmayacam.
Ah, saçlarım necə sarı,
Almıram heç vecə xarı.
Günün biri, gecə yarı,
Qapı döysə şər, yox olum.
De.kimlərdən kəsirsən sən.
Ilahidən gələn səsə nə deyim,
Xoş avaza,xoş nəfəsə nə deyim.
Qəm,kədərin önün kəsə,nə deyim.
Dərd-möhnətin yollarını bağlaram,
Oxu Qədir,oxu Qədir ağlaram.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.