Könlünü yuxa bildim,
Dərdini yoxa bildim.
De,necə çıxa bildin,
Həyatın sınağından.
Sən ki günəş təkindin,
Qar da yağır narın-narın,
Çox üşüyür barmaqlarım.
Məndən başqa, söylə, yarım,
Varmı vaxtsız qonaqların...
Bu dünyanın nəyi əyri, nəyi düz,
Yenə sisə bürünübdür çəmən, düz.
Qəbrim üstə öz əlinlə çiçək düz,
Onda mənim yoxluğumu duyarsan,
Əl-üzünü göz yaşıyla yuyarsan.
Nə deyir qoy desin ağzıgöyçəklər,
Onsuz da saralıb qızıl ləçəklər.
Mənim ürəyimdə bitən çiçəklər,
Sənin ürəyindən su içə bilmir.
Allahım, sevginin gücünə baxın,
Səni gördüm.Bir anda
Qəm-kədərim dağıldı.
Darıxmağın özü də
Vazkeçilməz nağıldı.
Hələ böyüməmişəm,
Dünya-yaşıl çemenim,
Xeyal-nurda çimenim.
En yaxınımsan menim,
Tanrım, menden vaz keçme.
Sevgi səmasında çaxa qalmışam.
Iki əl, bir də ki yaxa qalmışam.
Çox da ki dalınca baxa qalmışam,
Eh, mənim vecimə deyilsən ki sən.
Deməyək bu dünya özü vəfasız,
Nə sən vəfalısan, nə mən vəfalı.
Könlü istəyəndə gəlib də gedər,
Nə duman vəfalı, nə çən vəfalı.
Ağacdan yarpaq istədim,
Ürəyimə simsar verdi.
Tanrıdan torpaq istədim,
Qurumayan qumsal verdi.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.