AYRILIQ ÇİÇƏYİ
Bəlkə mən haqlıyam,bəlkə sən haqlı
Yenidən bölməyək bu dünyanı biz.
Bu qədər təkəbbür etmək nahaqdı,
Necə qoyacağıq bu dünyada iz?
Gün-gündən atrırırb dumanı, çəni
Fələk görən niyə gizlədir səni.
Acılı xatirən qocaldıb məni,
Mən bu gün deyiləm, dün yaşındayam.
Nədənsir amansız cövr edir həyat,
Pislərdən yaxşılıq uma bilmirəm,
Girklənmiş dənizə cuma bilmirəm.
Nə qədər edirəm, yuma bilmirəm,
Gözümə ayrılıq ləkəsi düşüb.
Hörgünün yerinə daş vururam mən,
Ele sevinirem ki,
Kederi neynirem ki.
Hesreti yenirem ki.
Içim-içime sığmır,
Göyler yene dolubdur,
Söykenib simsiyah nem sürahiye,
Deyrem derdimin çarası getdi
Ele minnətdaram o İlahiye.
Nədən aralığa ayrılıq salıb,
Vüsalı sevdadan əbədi çalıb.
Qaranquş yuvasın qarğalar alıb,
İlahi ədalədət bumudur, Allah
Ruhumun dediyin ürəyim etməz,
Hicran gözdən yaş tökürsə,
Əzabdan insan çökürsə,
Həsrət qəlbə dağ çəkirsə,
Vüsal eşqin kamıdır.
Çoxdur tək-tənha qarıyan,
Könlün dediyini qismət etməmiş,
O qədər aşiqlər kama yetməmiş.
Hələ qulağımdan səsin getməmiş,
Günlər xatirəyə dönər bir anda.
Arzu bulağından kimlər su içib,
Xəyallarım sərhədləri aşandır,
Dəniz kimi çağlayıban daşandır.
Bir də daha azalmaz ki ağrısı,
Dərdli ürək qəm əlindən şan-şandır.
Yay günündə zirvəyə yağan qaram,
Daha eşq oduna alışa bilməm,
Gecələr ulduzla danışa bilməm.
Sənin yoxluğunla barışa bilməm,
Bulud gözlərimin yaşı qurumaz.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.