Sevinc Arzulu Şiirleri - Şair Sevinc Arzulu

Sevinc Arzulu


Intizar içində qalıb qayğılar,
Azalıb əvvəlki hörmət, sayğılar.
Nəğmə oxudacaq bitməz duyğular,
Bu gecə yuxumu qarışdırmışam.

Devamını Oku
Sevinc Arzulu

Rastlaşdıq kənd yolunda,
Şirincə söhbət etdik.
Sən əlləri qoynunda,
Bir-birinə bənd etdim.

Danışdıq keçmiş gündən,

Devamını Oku
Sevinc Arzulu

Bir dost seçdim,
vəfası yox,
Dərman içdim,
şəfası yox.
Seyrə daldım,
səfası yox,

Devamını Oku
Sevinc Arzulu

BU DƏNİZİN

Bu dənizin limanı yox,
Gəmi hara yan alacaq.
Nə dini, nə imanı yox,
Ruhum harda yurd salacaq.

Devamını Oku
Sevinc Arzulu

Hələ hicran bərkiməmiş,
Həsrət qarı bərk düşməmiş.
Dartışmamış,bərkişməmiş
Uzaqlaşaq bu duyardan.

Dərdi necə qandırır bax,

Devamını Oku
Sevinc Arzulu



Ox atdım, yayım çatmadı,
Gününə ayım çatmadı.
Hayladım, hayım çatmadı.
Bu dünya yorğundu yaman.

Devamını Oku
Sevinc Arzulu

Bağladılar bazarımı,
Bilmədilər azarımı.
Dərin qazın məzarımı,
Həmdəmim olsun Yaradan,
Mən gedirəm bu dünyadan.

Devamını Oku
Sevinc Arzulu

Sən mənim ulduzlu kəhkəşanımsan,
Həmişə əhvalı pərişanımsan.
Eşqimdən yadigar bir nişanımsan,
Bəs niyə üzünü bürüyübdür qəm,
Hamıya deyirsən,tək mən bilmirəm.

Devamını Oku
Sevinc Arzulu

Əzizim,günəş tək çıx,aləmi min rəngə boya,
Can alan gözlərindən sevən aşiq çətin doya.
Xəyala qərq oluram, uzaqlaşır məndən röya,
Sayıram ulduzları,yata bilmirəm gecələr.

Sənsiz nə səhər açmaz,nə də dan yeri sökülməz,

Devamını Oku
Sevinc Arzulu

Dünyanı kədərin alqışı tutmaz.
Vaxtından tez yağan qar qışı tutmaz,
Deyirlər ananın qarğışı tutmaz,
Heç qarğış edə də bilmərəm sənə.

Atəşin ocaqdım, sönüb qalmışam,

Devamını Oku