Bu dünya ezelden sirli tapmaca,
Arabir dost-tanış atır atmaca-
-“Qocalıq qapını döyür yamanca”.
Saçlarım ağarıb, mene bellidir,
Qırx yaşdan keçibse , demek ellidir.
Ne zaman ki
ağlayaram,üzüm gülmez,
Danışanda sözüm gülmez,
Dost-tanışı gözüm görmez.
Demek onda qocalmışam.
Dedim :seyr eyləyək baği-gülşəni,
Dedi :əvvəlkitək sevmirsən məni.
Dedim: gözlərinin qadasın allam,
Dedi: ürəyinin odası ollam.
Məni cəlb eləmir yaşıl çöl-çəmən,
Torpağın üstündə od-ocaq qurum.
Bir palıd kölgəsi axtarıram mən,
Günəş nur saçanda altında durum.
Dalım bir zamanlar şipşirin olan,
Yaxşılığı özləyib,
Yamanlığı közləyib,
Düzlüyünü gözləyib,
Bircə dəfə səhv elə.
Hicrin gəlir-çıxarı,
Qan olub damardan axmır,neyneyim,
Başıma qızıl tac taxmır.neyneyim
Daha sözüme de baxmır,neyneyim.
Zülümün yetkinlik yaşına çatıb.
Yaşamı uzağa ötürüb daha,
Qaraladın naxışımı,
Ulduz kimi axışımı.
Buludlar qar yağışını,
Atır qəlbimə, qəlbimə.
Bu qaranlıq meşə kimin,
Bu qorxulu guşə kimin.
Baxışların şüşə kimi,
Batır qəlbimə,qəlbimə.
Dünya mənə zindan, kaha
Eşqə kəniz olub qal,
Qarabəniz olub qal.
Elə dəniz olub qal,
Çevirilmə gölə sən.
Xatırlama pisləri,
Kükrəyən sellərimlə,
Yer döyən yellərimlə,
Titrəyən əllərimlə
Nəfəsinə toxunum
Mənim dəniz qoxulum.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.