Düyün düşüb tale ilməm,
Qapı açıq,gedə bilməm.
Göz yaşımı nədən silməm,
Mən yaşamaq istəyirəm.
Görmədilər bol azımı,
Dərdimi şama desəm, tez sönəcək şam bu gecə,
Nə su içmiş,nə də ki eyləmişəm şam bu gecə.
Eşqinin gücündən,ey gül, gur axan sel olmuşam,
Çıxıban yatağımdan bəndimi daşam bu gecə.
Hərdən taleyimin pəncərəsindən,
Boylanıb baxıram dağlara sarı.
Işıq, güc alıram hər zərrəsindən,
Günəş əridibmi görəsən qarı...
Dolanma qəlbimin dərinliyində,
Az özgəyə meyl elə.
Şəri unut, xeyr elə.
Bircə anlıq seyr elə
Yaşaran gözlərimi.
Kimin başına tac oldun,
Dərdinə bir əlac oldun.
Ömür boyu möhtac oldun,
Qara gözə, qaşa Sevinc.
Düşmən çıxmaz kirdən, hisdən,
Hasilə yetməyən bir arzuyam mən,
Nur olmaz qaranlıq, ha yandır şamı,
Bir qəfil görüşə tamarzıyam mən.
Yadıma düşmüsən bu yaz axşamı.
Kim deyir ayrılıq ürəyi sıxmaz,
Şirin vüsalımın qedrin bil,gülüm.
Ayrılıq sözünü unut,sil gülüm.
Menimle birlikde sen de gül,gülüm.
Başqa vaxt ürekden gülmeyeceksen.
Könül dərddən odlanar,
Dəli ürək adlanar.
Çətin yalqız şadlana,
Dözüm üçün yaşayım.
Aldanaraq tovlanar.
Xəyalım çapacaq sema boyunca,
Axtarıb ruhunu tapacaq yəqin.
Söhbet edecekler birge doyunca,
Dünya mehverinden qopacaq yəqin.
Insanın başının tacı,
Dar gündə dost qardaş-bacı.
Ürəyimdə ağrı, acı
Gözlərimdə yaş giləsi.
Şipşirin xəyala dallam,




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.