Xəyalımı közlərəm,
Ətirini özlərəm.
Bilsən necə gözlərəm,
Yolumu pusmağını.
Xar ilə qucaqlaşdın,
Soyudun, sazaqlaşdın.
Getdikcə uzaqlaşdın,
Məni satdın yadamı.
Nədir yalanın,doğrun,
Vüsal düşdü atından,
Uzaq düşdü zatından.
Göyün yeddi qatından,
Yıxılan xəyallarım.
Gah sərt qışı andırıb,
Erzin bele darlığı,
Heqiqete karlığı.
Senin misra varlığın,
Unudulmaz şeirdir.
Çaylar kimi tökülək dənizlərə,
Həsrət qalaq sevgili bənizlərə.
Qoca dünya nə vermisən bizlərə,
Alammırsan.sonun xeyirli olsun.
Atəş varmı yandırası közün tək,
Qar üstündə sarı xəzəl,
Təbiət ən gözəl rəssam.
Bahara qal barı, xəzəl,
Tablonu divarsan assam...
Eh, bürüyər bütün evi,
Səsim çıxmır zildən,bəmdən
Xəmirim yoğrulub qəmdən.
Axır ki bir gün ələmdən,
Kədərdən bezərəm,Allah.
Sevgini sezərəm,Allah
Yox hicranın fağırlığı,
Məni yaman gəzər, gülüm.
Bu dünyanın ağırlığı,
Ürəyimi əzər, gülüm.
Dərdli-qəmli xatirələr,
Təbiət sirrindən baş açmaq olmur,
Gahdan isti olur,gah da qar gəlir.
Taledən, qismətdən heç qaçmaq olmur,
Bu dünya gözünə bəzən dar gəlir.
Öpər ayağını mavi dalğalar,
Çən əskik olmur düzümdən,
Gecəm fərqli gündüzümdən.
Çəkilmirsən heç üzümdən,
Baxışmısan,nəzərmisən.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.