Allahım, bu necə mövsüm,
Yada dəyər verib küsüm?
Üzündə saxta təbəsüsüm,
Sallana-sallana gəlir.
Sənsiz dünya mənə əbədi sürgün,
Gözümdən tökülər bal yuxun,mürgün.
Fikirli dəyirsən gözümə bu gün,
Yenə lal xəyala dalmısan nədən.
Könüllər naşaddır,ürəklər üzgün,
O günlərin xatirəsi,
Hələ də köksümdədir.
O ünlərin payız səsi,
Məhəbbət köşkümdədir.
Indi baxan biləcəkmi,
Ağappaq buludlar de,sənə yarmı,
Könlünü isidən somsoyuq qarmı.
Yenə də söyləyək “Qızılın varmı”,
Səsimizə səs versin lal qayalar.
Tərk etməsin zirvəsini günəş ay,
Parlaq yansın uldunuz,
Əskik olmasın ruzunuz.
Iki oğul, bir qızınız,
Siz ən şirin Ana, xanım.
Şamama xanım.
Nə gördün eşq ziyasında,
Duydun yalan, riyasın da.
Boğuldun dərd dəryasında,
Axtardığın saman çöpü.
Ayrıllıq oturub taxta
Keşməkeşlidir həyat.
Yatmış hissləri oyat.
Kimlər oturub rahat,
Zamanın qucağında...
Bu günü ötəndən say,
Ürək çətin çat sevər,
Qalar eşqə mat,sevər.
Şirindil, həyatsevər,
Insan, Samirə xanım.
Oğullar sirdaşınız,
Ayrılıq zalımın hərarətindən,
Yayın istisində donan ürəyim.
Bezib yad gözlərin həqarətindən,
Rəsmini qayaya yonan ürəyim.
Əzrail adlanan acıgöz çapar,
Küləkdən başlayar yarpaq əsimi,
Qoy olsun,əzizim,sevinc nəsibin.
Elə qəzəbliydi,elə əsəbi
Fərəh zülmün bağrın sökəcək sandım.
Anladım,hikmət var Tanrım,səbirdə.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.