Götürə bilərsənmi,
Vüsalın çəkdiyini.
Hicranın biçdiyini,
Həsrətin əkdiyini.
Dediyini etdi fələk,
Qurammadıq hiylə,kələk.
Səni məndən aldı mələk,
Qarğıyımmı,qarğıyımmı.
Seni qefil itirdim men güneş çekisinde,
Hey axtardım, aradım boz mərmər sekisinde
bu qaranlıq şeherin,
Bu viranlıq şeherin...
Üzüldüm tesirinden boğazımı acıdan
zeher kimi qeherin...
Pəncərə yerində al gül dəstəsi,
Tarixin təkəri gerimi dönür.
Beynimdə nənəmin həzin bəstəsi,
Babamın nə yaman yeri görünür...
Uşaqlıq illərim xəyalımdadır,
Ildırımın çaxmağından nə fayda,
Işığından bəhərlənə bilmirik.
Bu sürgündə nə qanun var, nə qayda,
Əzabından qəhərlənə bilmirik.
Göz yaşını içimizə axıdaq,
Taxtu-tac qurmayaq qüdrət önündə,
Biz boyun burmayaq möhnət önündə.
Lal-dinməz durmayaq həsrət önündə,
Zaman amansızdır, qəmdən meh çəkir.
Təbiət əzəldən gözəl bir rəssam,
Taxtanı lövbər etmərəm,
Saxtanı gövhər etmərəm.
Heç zaman tövbə etmərəm.
Səni sevmək günahdımı?
Uzaq durum bad-yellərdən,
Sevildin,sevdin gör kimi,
Sındır sehirli tilsimi.
Sən qəlbimin sarı simi,
Ürəyimin ahəngisən.
Könlüm yaxşı-pisi seçir,
Dildə söz eylə məni,
Lildə toz eylə məni.
Bir də köz eylə məni
Gülüm, günahın xeyir.
Demə zəfər çalmısan,
Qismətimə səbr yazan,
Taleyimə cəbr yazan.
Neynəyərsən, qəbirqazan
Səhərin sabah olmasa.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.