Yenə doluxsunub yaman dolmusan,
Qürbət eldə qənha qalan ürəyim.
Qəm çəkməyə özün səbəb olmusan,
Əbədi odlara qalan,ürəyim.
Bilmirdinmi sən sevəndə nadanı,
Ürəyimin özülünü oydular,
Qan içməkdən usanaraq doydular.
Məni qəmlə əlbəyaxa qoydular,
Möhtac oldum bir dilbilməz qazıya.
Zaman-zaman itilənib yaddaşın.
Bir il qabaq tərk eylədi yoldaşın.
Indi oğlun atasıyla yollaşır,
Bilirəm ki var fələkdən gileyin.
Nə yaşadı, nə yaratdı, nə görə
Ömrün bahar çağında,
Gül-çiçək sol-sağında.
Ömrün isti yayında,
Nuru yaxar ayın da...
Görən nədən paxıl olur insanlar,
Kin-nifrətə daxıl olur insanlar.
Şərəfsizlik ağır olur, insanlar
Daşıya da bilməzsiniz bunca yük.
Sevincimə kölgə saldın, nə olsun,
Bu gecə röyanı dəyişmisən sən,
Ah, necə boyanı dəyişmisən sən.
Eşitdim dünyanı dəyişmisən sən,
Sanki göy gurladı, ildırım çaxdı.
Uca dağlar kimi çox qüdrətliydin,
Qaldır göyə başımı,
Ağır etmə daşımı.
Axıdım göz yaşını,
Tanrım, ovutma məni.
Gündüzə dayaq olum,
Xeyalın gözümün penceresinde,
Ümidin qollarım arasındadır.
Qulağım vüsalın ayaq sesinde,
Sevdiyim dünyanın harasındadır.
Qaranlıq hesretin qapısı açıq,
Mehimi neynəmisən?
Şehimi neynəmisən?
“Eh”imi neynəmisən?
Ay səni, ah oğrusu.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.