Başım üstdə sıxlaşıbdır buludlar,
Ildırımlar çaxacaqdır bu gecə.
Bir-biriylə qoxlaşıbdır buludlar,
Göydən yerə axacaqdır bu gecə.
Ildırımın işığında azmaram,
Hey yaşadım dözümlə,
Ocaq çatdım közümlə.
Nifrətimi özümlə.
Gəzdirdim silah-silah.
Qurtarıb hərb-cəngləri,
O, Tanrının ətası,
Ağır olmaz xətası.
Sevər ana-atası,
Deməz bircə yalan, qız
Skripka çalan qız.
Xəzriyə sinəsin gərib dalğalar,
O kövrək dalğalar, zərif dalğalar.
Edərək hüsnünü tərif dalğalar,
Üstümə-üstümə gəlirlər həmən,
Dolub dayanıram sən güləndə mən.
Dünyamız bürünər dumana, çənə,
Lalələr, nərgizlər dərərəm sənə.
Ən gözəl duyğular bəxş etdin mənə,
Budur əsl sevgi, əsl məhəbbət.
Göz yaşları billur-billur,
Parıltısı qamaşdırır.
Yenə ucadadır qürur,
Vəsli mənə yaraşdırır.
Əzəl andan sevərsən,
İsti qandan sevərsən.
Məni candan sevərsən,
Özgəsinin olanım.
Bağında ərik olmadı,
Dağda üzərrik olmadı
Bir dəfə şərik olmadın,
Sevincimə, sevincimə.
Şeirə ad olduğuma,
De görum ikiyə biz bölək kimi?
Ayaqlar altında bu lələk kimin.
Intihar eyləyən bir mələk kimi
Həsrətin qaranlıq qapisindayam.
Bu yolu sonadək gedəmədim ki,
Bəzən müdrik bir fikirə.
Sən istehza edərsən.
Özümə yuva tikərəm,
Sən uzağa gedərsən.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.