Yaraşım ad-sanına,
Mən and içim canına.
İcazə ver yanına,
Gəlim, başına dönüm.
Yazını beləcə yazıbdır qədər,
Üzünü almasın nə qəm, nə kədər.
Atan öz ömrünü vermədi hədər,
Müharibə-əsrimizin bəlası,
Başını uca tut, şəhid balası.
Yaşam özü ayaqlı,əlli deyil.
Ölümün hədəfi kim?bəlli deyil.
Yaşımız hələ ki heç əlli deyil,
Başlanıb nəslimin yarpaq tökümü.
Günəşlə bir oyanıb,
Addımladım küçəni.
Xatirənə boyanıb,
Andım olub-keçəni.
Elə bil ki səmadan,
Iztirabın içində
Yuva qursa arılar,
Qüssə-kədər biçimdə
Qara rəng bal yapılar.
Bu balı yeyən kəsin,
Deyən ona qalıb təkcə əlacım.
Taxanda yox olur hər ağrım,acım,
Bilirsən, necə də bahadır tacım,
Almaz tək qiymətli qaş ucundadır.
Bu gün gördüm Tanrım, kimi
Həzun çaldı könül simim.
Mənim əziz müəllimim,
Qarşında baş əyirəm.
Zəmini yaşıl biçmirlər,
Sayrışan ulduzu gözünüz bilin,
Sərin əsən mehi sözünüz bilin.
Mənə nə deyirsiz özünüz bilin.
Məhəbbət köşkündə yatan adamam.
Günəşin nuruna boyanıb qalxım.
Bezibən yalanın yaraşığından,
Gah ona, gah yada yar aşiqindən.
Günəşin yandıran gur işığından,
Gecənin qoynunda yatar gündüzüm.
Xəyalı,ümidi əlvan dondadır,
Bezib bu dünyanın qeylü-qalından,
Sükunət içində yatmaq istərəm.
Aşina olmayım dərdin halından,
Quşqonmaz zirvəyə çatmaq istərəm.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.