Sənin getdiyin yolların,
Bircəciyi geri dönmür.
Sənə uzanan qolların,
Bircəciyi yeri görmür.
Bax, səmaya ucalıbdır
Sənin şadlığını əlindən alıb,
Sənə ömür boyu kədər yaşatdım.
Fələk qismətimi gizlicə çalıb,
Sən demə ömrümü hədər yaşatdı.
Qismətim dalğalı ləpələr oldu,
Yenə quçaqlayıb soyuq qəbrini,
Ağlaraq çəkirəm həsət qəhrini
Bilmədik vaxtında sənin qədrini,
Şəklini köksümə sıxıram Ana.
Qəbriniz önündə mən əyirəm baş,
Üşüdüm ayrılıq küləyində mən,
Üstümə dolu tək yağdı yağışlar.
Ah, nələr çəkmişəm ürəyimdə mən,
Sanki şimşək kimi çaxdı baxışlar.
Islandım altında duyğularımın,
Üz-üzə gələndə salam verib keç,
Ya onu sev, ya da məni.Özün seç.
Mən quru palçığam, yapışmaz ki heç,
O şəri,böhtanı yaxırsan neyçün.
Baş əyməzdin iradəyə, dözümə,
Sən sevgimin təcəssümü,
Ömrümdə naxışa döndün.
Məni görcək təbəssümün,
Kədərli baxışa döndü.
Şeş gətirmədi çaharım,
Insafdan da öndü dözüm,
Alışmamış söndü közün.
Ağ dənizə döndü gözün.
Ləpələndin baxış-baxış.
Ev qurular təməliylə,
Hicranın vəslinə yetsən də inan,
Həsrətin badına getsən də inan,
Sən mənə zülmlər etsən də inan,
Həyata baxışım dəyişməyəcək.
Yağışla boş quyum dolmaz ki mənim,
Göy səmada uçan durna qatarı,
Söylə görüm,bizim ellər yerində.
Daha yoxdur ürəyimin tutarı,
Söylə görüm, bizim ellər yerində.
Görünməyir bu dağların ucası,
Payızdan seçilməyir,
Bu ev kimin evidir.
Özü də heç bilməsin,
Qəfil onu sevindir.
Qapısını aç, oxşa




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.