Bir az yelə bənzəyib,
Bir az telə bənzəyib.
Bir az selə bənzəyib,
Siz tərəfə burullam.
Bağımda bülbül uçmayır,
Arzularım gül açmayır.
Kədər məndən yan qaçmayır,
Dünya mənə zindan,kaha.
Demək qocalmışam daha.
Pozulmadı əhd-ilqar,
Həminkidir dağ vüqar.
Eh, vaxtında yağıb qar,
Saçım dümağ olubdu.
Günahkarammı özüm,
Həsrətdən olmuşam tox,
Vüsala demərəm yox.
Aşağıda yerim yox,
Zirvəyə ucalt məni.
Köynək geydim,qəm göynədən
Kədər içdim diş göynədən.
Ulu Tanrım,bilməm nədən
Sən çəkdin sınağa məni.
Qocayam,eşməm yanımda,
Bir evin bərəkət təknəsi idin,
Paltosu, papağı, çəkməsi idin.
Eh, sən ki çoxdanın fəhləsi idin,
Çəkicin hanı bəs, orağın gəlir.
İntiqam odunda yanıb alışdın,
Deyən məni sənlə görüb,
Dalğalar pıçıldaşır.
Arzulardan çələng hörüb
Möhkəmcə qucaqlaşır.
Indi bizim yolumuza
Üzün qəm suyuyla yuyub,
Həsrətin felinə uyub.
Axır öz səhvini duyub,
Deyən qədrimi biləcək.
Yar bizə qonaq gələcək.
Məni çox kövrəltdi sənin sözlərin,
Ömrün uzun olsun ay əziz qonşum.
Ölümdən danışsan dolar gözlərin,
Könlü saf, niyyəti pak, təmiz qonşum.
Dilində Tanrıya duan, şükrün var,
Nə sait-samiti yığıb söz hörür,
Nə günəş nurundan ocaq-köz hörür.
Nə qulaq eşidir, nə də göz görür,
Xatirə bucağı kor qalıb indi.
Üzü yaman dönüb bu məhəbbətin,




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.