Bu qədər dərd çəkməyə,
Həsrət gülü əkməyə,
Gur yağışlar tökməyə,
Dəyərmi, yaşlı qadın.
Qara plaşlı qadın.
Nələr yatır dünündə,
Qəm notu var ünündə
Ayrılığın gününüdə,
Çəkilər dara sevdam.
Söykənib simsiyah nəm sürahiyə,
Baxıram üfüqə, bilmirəm niyə.
Elə minnətdaram o İlahiyə,
Səni gözlərimin qarası etdi.
Narın-narın yağan yağışın məlhəm,
Sevincdən,fərəhdən bəzən çıxıllam,
Möhnətsiz,qüssəsiz vallah sıxıllam.
Sözünün ağına batsam.yıxıllam,
Gözlərinin qarasına söykənim.
Qocalmısan,eynək ilə yaraqlan,
Istəməm xəyalın ümidsiz olsun,
Günəşin istisi bəyaz bələyi.
Göy səma tərtəmiz, buludsuz olsun,
Daim qanad çalsın sevgi mələyi.
Bu baxça mənimdir, nübar bar sənin,
Günəş öz nurunu saçıb da gedər,
Başından örpəyin açıb da gedər.
Həsrət vəsli görcək qaçıb da gedər,
Tülkü tək həm bicdir,həm də qorxaqdır.
Vüsalın telləri qıvırcıqsa da,
Həsrət yenə namə göndəribdi, bax,
Üzünü vüsala çöndəribdi, bax.
Gündüzü gecəyə döndəribdi, bax
Qara tül toxuyur sönən ocağıın.
Toya çağırdılar , gedə bilmədim,
Çünki sən yox idin orda, əzizim.
Könlümün dediyin edə bilmədim,
De, indi hardasan harda , əzizim.
Geyinib qara donu,
Apardı mərəz onu.
Göründü yolun sonu,
Yaman tez getdin, qardaş.
Nə etmişəm sənə tanrım, çəkirsən darə məni.
Bu nə gün,nə dövrandır,etdin bəxti-qarə məni.
Üzümü göyə tutub hey dua-səna etmişəm,
Döndərdin urəyi al qanla dolu narə məni.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.