Sanmazdım ömrümü belə bəzərlər,
Bəlkə də duymazdım onu əzəllər.
Ayağım altında sarı xəzəllər,
Burnuma payızın ətiri gələr.
Bir yaş da artır bax, yaşımın üstə
Sahildə oturub fikrə dalarsan,
Heykəl tək yerində donub qalarsan,
Ruhun asimanda qanad çalarsa,
Bədənin torpağın altda çürüyər.
Bəzən yer üzünü duyğular alar,
Səhər açılmamış ürəyimi qəm,
Qüssə də alıbdır kədər qarışıq.
Yenə gözlərimin giləsi yaş, nəm
Əzəldən yazıbdır qədər qarışıq.
Biz hansı dünyanın insanıyıq ki,
Payızın rəngidir üzümə çökən,
Nə qədər yusam da dadı getməyir.
Ilahi kədərdir gözümə çökən,
Gözümün önündən adı getməyir.
Samuray axtarır bu axşam könlüm,
Bəyaz atlar içində,
Lirik notlar içində.
Şehli otlar içində,
Bənövşə qoxuyan qız.
Qüssə yatar ünündə,
Qocalıb qarısam da
Özümü qorusam da,
Istidən qurusam da,
Payız bitirir məni.
Telə düşər yeni dən,
Nabatmısan, noğulmusan,
Şirinlikdən boğulmusan?
Sən payızda doğulmusan,
Gəl ay mənim payız oğlum.
Məndən bunca uzaqlığın,
Evimə yaraşıq qızım,
Gül-çiçəyə aşiq qızım.
Sən baharın yaşıl qızı,
Mən payızın yarpağıyam.
Külək qara teli qarışıq edib,
Səni daha gözəl, yaraşıq edib.
küsdüyün insanla barışıq edib,
Yollaşıb gedərsən payıza sarı.
Günəş göydən nur ələyir,
Məzarı nura bələyir.
Neynim, amansız fələyin
Gəlmədi ki mənə rəhmi.
Pəhlim.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.