Gaş sabahdan əsən yellər buralar,
Ürəyimdə incə-incə yara var.
Mən qürbətdə, vətən orda uzaqda,
Gözlərimin qorasında qara var.
Araz axar, su səpələr daşlara,
Həsrət qonub kirpiklərə, gaşlara.
Bir məktub yaz, bəlkə könlüm şad ola,
Yoldaş eylə uçan qərib guşlara*. (guş: kuş)
Ay buludlar, hardan gəlib keçərsiz?
Bizim elin bərəkətin içərsiz.
Əli Agâh qocalıbdır yad eldə,
Siz deyin ki, bu dünyadan köçərsiz...
Gözüm qaldı o yolların tozunda,
Dərd gizlənib bu qəribin sözündə.
Sübh açılar, duman çökər düzlərə,
Vətən eşqi ürəyimin közündə.
Kayıt Tarihi : 6.07.2026 19:53:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!