Bəxtəvər dünlərimin,
Şipşirin ünlərimin,
Fərəhli günlərimin.
Sayı min olmaz.
Bəzən insan həddin aşır.
Hər bir şerim min sətirli,
Yağış sevməz gün çətirli.
Qızılgül tək xoş ətirli,
Şirin qoxum olacaqsan.
Qaranlıqdır ürək sıxan,
Intizar içində qalıb qayğılar,
Azalıb əvvəlki hörmət, sayğılar.
Nəğmə oxudacaq bitməz duyğular,
Bu gecə yuxumu qarışdırmışam.
Səhhətim əl vermir, qocalmışam ki,
Görən heç xatirən acı çəkdimi,
Ymənsiz tənhadımı, sənsiz təkdimi.
Yavaşca əyilib öpdün şəklimi,
Yuxuna-yuxuna girmişəm, gülüm.
Sağ ol ki sən mənə könlünü açdın,
Gizlicə qapını açıb gediblər,
Deyəsən qoşulub qaçıb gediblər.
Xəyallarım çoxdan uçub gediblər,
Ümidlərim yatıb yuxuya qalıb.
Deyirəm bəlkə də yadam, yanlamaz,
Minib qayğıların yelkən atına,
Üzüm sahilərin ən uzağına.
Enim torpğımın dərin qatına,
Dözüm təbiətin qar-sazağına.
Yetdim dəni üyütməyə,
Itdim çəni uyutmağa.
Getdim səni unutmağa,
Xatirələr üzə durdu.
Kim bağlayar ki dilimi,
Sən anla,başa düş məni,
Gözləməyir görüş məni.
Xatirimə dost-düşmənin,
Biri deyil,yüzü dəyib.
Hanı Sənanın Xumarı,
Peşiman olmayıbki,
Şirəsi solmayıb ki.
Sonadək dolmayıb ki,
Boşalan sənək, ömrüm.
Gün gözünü yumanı,
Bilirəm, sən mənsiz quru bir bədən.
Özün öz halını duymursan nədən7
Sızıb ürəyimə lal xəritədən,
Adını gizlicə yazmısan, zalım.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.