Üzündə təbəssüm, gözündə kədər,
Bu qara sevdanın sonu bilinməz.
Demək yaşamışıq bu ömrü hədər,
Açılmaz sevginin donu, ilinməz...
Indi mənim ümidimin
Ayaqları qırılmış.
Indi mənim xəyallarım
Göydən yerə çırpılmış.
Fərəhin qapısı bağlı,
Zülmün evi qara daşdan tikilmiş,
Etrafına qara tikan ekilmiş.
Pilleleri artıq yere çökülmüş,
Ne geleni,ne gedeni var,Allah.
Bayramımdır,teze libasın gey,gel,
Vüsalın gözün oyub,
Həsrətdən çətin doyub.
Sevdiyin tənha qoyub,
Özgəsin yar edənim.
Ilk baxışdan gör, tanı,
Yandırıb atəşə pərvanəsini,
Itirib Məcnuni-divanəsini.
Daha çala bilmir təranəsini,
Simsiz qalıb kaman-tarı Sevincin.
Haqsızlar haqlını kəndirdən asıb,
Boş vərəqə nə yazım,
Kəlam içində azım.
Zindan, kaha nə lazım.
Qoca dünya məhbəsdir.
Başım qurtarmır dərddən,
“Özgəni güldürən sözüm,söhbətim
Özümü ağladan qəmim var mənim”
Cəhənnəmə dönüb gözəl cənnətim,
Mənimlə bir olur dərdim-möhnətim.
Əskik olmur nədən qaxınc,töhmətim
Ay bu obalar ,bu ellər,
Ay bu gələn yar olaydı.
Ay açaydı qızılgüllər,
Dövrəsində xar olaydı.
Çalın-çarpaz çəkir dağı sinəmə,
Aman, nə ağırmış həsrətin öcü.
Ağrılar dolu tək yağır sinəmə,
Əriyib azalır sevginin gücü.
Polad qalxan olub dura önümdə,
Dalğaların göy rəngindən,
Bir simfonya yarandı.
Gur suların ahəngindən




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.