Həsrətinin kölgəsini,
Boğammadım,boğammadım.
Vüsalının nömrəsini,
Yığammadım,yığammadım.
Günəş çıxa,aysa bata,
Kədər üçün gözəl ovdum,
Təbəssümü nədən qovdum.
Bir vaxt yaman dəlisovdum,
Indi necə fağıram mən.
Qiymət verməz əməyimə,
Sevən könül susan olar,
Unutmaq de.asan olar?
Narın yağış leysan olar,
Al çiçəklər naz yağışı.
Yaman yağır yaz yağışı.
Olmasan sönəcək parlaq günəşim,
Mində bir zərrəsi qəlbimə hopar.
Sənin şərəfinə yaylım atəşi,
Mənim şərəfimə alqışlar qopar.
Səni son mənzilə yola salanda,
Haray-maray salsa da,
Yerin bağrın dəlsə də,
Suyu güclü gəlsə də,
Kanal çay olmadı ki...
Çəmən böyük gəbədi,
Önümə kim saldı ki.
Səndən mənə əbədi,
Xatirələr qaldı ki...
Itirmişəm özümü,
Bir məclisə yaraşıq,
Öz sazına yar aşıq.
Dağa düşər gur işıq,
Qarda azan vaxtıdır.
Sanki “Segah”,sanki “Şur”,
Deyən yenə bal dadmısan,
Bir azcana al dadmısan.
Hamımızı aldatmısan,
Ay səni, kələkbaz dünya.
Bu gün gələn sabah gedir,
Çiçəklər həsrət qoxur,
Ayrılıqdan oxur.
Qəlbində hicran xofu,
Işləri saz gəlməz ki.
Fələk tezcə gələr fərmanı ilə,
Təbibim yetişər dərmanı ilə.
Bəzən ürəyimin al qanı ilə,
Bəzən göz yaşıyla yazılır şeir.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.