Deməyək bu dünya özü vəfasız,
Nə sən vəfalısan, nə mən vəfalı.
Könlü istəyəndə gəlib də gedər,
Nə duman vəfalı, nə çən vəfalı.
Ağacdan yarpaq istədim,
Ürəyimə simsar verdi.
Tanrıdan torpaq istədim,
Qurumayan qumsal verdi.
Sen benden bir ovuc sevgi istedin,
Yadında,ben sene bir qucaq verdim.
Muğamın ladı da sevgi üstedi,
Yanıb alışmağa od-ocaq verdim.
Ağrılı-acılı eşqin edamı,
Mina seçə bilirlər,
Səddi keçə bilirlər.
Necə içə bilirlər,
Qan qoxulu çayları.
Nə danışsın, nə dinsin,
Uzunluğun ölçə bilməm,
Hündürlüyün seçə bilməm,
Daxilindən keçə bilməm,
Qara divar hörmə mənə.
Tanrım, dərd-qəm vermə mənə.
Zər xalında qara ilmə,
Məni xoşbəxt bəndə bilmə.
Qədirimi kimsə bilməz,
Allah, sən ver qiymətimi.
Demə hər yoldan ötən aşiqə sən sevgili yar,
Dönübən diqqət ilə bax üzünə: sevgimi var.
Gecələr sübhə qədər fikr edirsən, yatammırsan.
Belə aşiqmi olar, çoxdan edib sevgini xar.
Sandın ömrün baharı keçəcəkdir fəsli-nigar.
VƏTƏN
Salam, ay əziz dostum,
Salam yeni tanışım.
Gəl oturaq üz-üzə,
Vətənimdən danışım.
Sən bir Şəhid bacısı,
Ürəyində acısı.
Sən sözünün hacısı,
Kəm gözlərdən iraqsan.
Ayrılıqdan keçməyən,
Durmuşam qan yerində,
Neçə min can yerində.
Səhərlər dan yerində,
Bülbül tək ötən qadın.
Balandan heç doyardın?




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.