Qazandın vuruşunla,
Söz adlı qurğuşunla.
O heykəl duruşunla.
Yolumu gözləyirsən.
Çiskinli yağışınla,
Şəninə övladın söz deyir,Vətən
Deyə bilmədiyin göz deyir, Vətən.
Qarabağ yolumu gözləyir,Vətən
Nə vaxt sona çatar intizarımız.
Su qayadan süzülübdür,
Gül budaqdan üzülübdür.
İpək sapa düzülübdür,
Ürəyimin söz muncuğu.
Otluq şirin mürgü yeri,
Qürbət uzaq sürgün yeri.
Dönəcəksən bir gün geri,
Mən ki səndən söz almışam.
Aşiq sevgisin danacaq.
İncidir hər acı kəlməsi ilə,
Dərdimi danışıb gülməsi ilə.
Allahım, gecənin gəlməsi ilə,
Mənim qəhərimin közü açılar.
Xəbəri yox imiş şəcərəsindən,
Büründün ayrılıq kürkünə, gülüm,
“Yox”dedin olası mümkünə, gülüm.
Dünyanın bütün mal –mülkünə, gülüm,
Bürünür yalan ətrinə,
Sürünür talan çətrinə,
Xalalarının xətrinə,
Öyəndə sözüm ağrıyır.
Birrəng, qara naxışıyla,
Bizi zaman qarğıyıb,
Vermir aman,qarğıyıb.
Tale yaman qarğıyıb
Gözümdən düşənləri.
Illər tez-tez adlayar,
Yaşananlar əfsanə,
Fələk dəli-divanə.
Səni nə incidir, nə?
Gözümün dolmasımı...
Tez buraxdın əlini,
Heç sadiq olmadı sənə cavanlıq,
Qayıt, dön nə olar lap bircə anlıq.
Bu dünya gözümdə zülmət, qaranlıq
Qayıt, gözlərimin işığı, qayıt.
Yatmış xatirəni yuxudan ayılt.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.