Nə fələkdən bac alıb,
Nə günəşdən tac alıb,
Yüz yaşımda qocalıb,
Dostum, qarımadım ki...
Açma dost arasını,
Vaxtsız sevda batar vüsal gölündə,
Nədən hicran düşər mənə bölümdə.
Kədər səhrasında, həsrət çölündə,
Quraram qüssədən alaçıq, gülüm.
Ayağımda dəmir çarıq,gəzirəm
Etibarsız,qaçaq yarım,hardasan.
Göz yaşımı muncuq təki düzürəm,
Pozulubdur əhd-ilqarım,hardasan.
Qəm qaçırtsın gözlərinin yuxusun,
Nə qara gəldi zaman,
Fələk, əlindən aman.
Tənha ağlayır kaman,
Tarımı itirmişəm.
Qəm özün dərddən asıb,
Vüsal yenə ağlayır, bax
Hicrin yolun bağlayır, bax.
Qulağımda çığnayır bax,
Xəyalımın zümzüməsi.
Yatammaz ki, ayıq olur,
Hamı gedər evinə,
Kim gülə,kim sevinə.
Batıb dərdin qəminə,
Halı qarışan Sevinc.
Duyğularım olubdur cəm,
Yarı sevinc,yarı da qəm.
Biz ayrılsaq dünya-aləm,
Bir-birinə qarışarmı?
Dərdi- qəmdən ucuz nə var.
Xəyalən andığımın,
Oduna yandığımın,
Pəhləvan sandığımın,
Boyu bir qarış çıxdı.
Hicri taxtdan düşürtmezdi,
Hesret kardı, eşitmezdi.
Bilirsen ki üşütmezdi,
Şaxta meni, qar meni.
Bir zaman yaşıldı cavanlığım tək,
Indi mənim kimi saralan yarpaq.
Çətin məhv olaraq biz gözdən itək,
Torpağın üstündə qaralan yarpaq.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.