Uşaqlıqdan çox sevərdin hərbini,
Anlayırdın əzabını,cəbrini.
Indi anan qucaqlayır qəbrini,
Donub qalıb indi buz heykəl təki.
Cənab baş leytenant, qəhrəman Hakim.
Fələk amansız sırsıra.
Gəlir ömrü qıra-qıra.
Orden-medal sıra-sıra,
Ulduzları bir-bir sanat.
Cənab polkovnik leytenant.
Üzümüzə səhər danı açılar,
Boyanarıq günəşin al rənginə.
Ayrılıqdan daim uzaq qaçılar,
Məəttəlik məhəbbətin zənginə.
Fələk özü uçurubdur səddimi,
Qandırıbdır ahəstəcə həddimi.
Zalım həsrət əyib mənim qəddimi,
İnsafsızca iki bölüb sən demə.
Dərd gətirər gecələrin uzunu.
Könül tənha miskin olur,
Bu dünyadan küskün olur.
Tökdüyü hey çiskin olur,
Əskik olmur çən-dumanı.
SEVMƏYİM
Başımın üstündə hey əsəcəklər,
Hərdən barışacaq, gah küsəcəklər.
Deyəsən sonunda iş kəsəcəklər,
Zindanla bitəcək mənim sevməyim.
Köhnə ayı doğrayıb,
Ulduzu acıtmısan.
Gözlərimdən oğrayıb,
Yuxumu qaçırtmısan.
Kuzə çoxdur, səhəng tək,
Dərdi-qəmdən çıxdın, çıxdın.
Könül evin yıxdın, yıxdın.
Məni elə sıxdın, sıxdın.
Sevməyimə peşman oldum.
Buludlardan öndə durum,
Göydə yeni dünya qurum.
Tüstülənir burum-burum,
Dağ çəkdiyi eşmə olar.
Çətin ki əvvəlki tək mehriban, şən olacam.
Pastlaşsaq üz çevirən yenə də mən olacam.
Çırpınaraq duracam xəyalların içində,
Məni tanımazlar ki ağappaq qu biçimdə.
Məhəbbətin sultanı, padişahı sən oldun,




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.