İki dövlət, bir millətik düşmənin qorxusu çox,
Bilirik, Türkün Türkdən başqa heç qardaşı yox.
Türk Türkün uğrunda hər zaman verər bir can,
Yaşayacaq sonsuzadək hər zaman can Azərbaycan!
Azərbaycan deyiləndə axan sular durular,
And içirəm ki, bir gün Turan birliyi qurular.
Qardaş qardaşı üçün hər vaxt fəda edər can,
Yaşayacaq sonsuzadək hər zaman can Azərbaycan!
Qarabağın torpağında uca bayraq asılar,
Bu böyük zəfər sevinci Türkiyəyə yayılar.
Müqəddəs vətən naminə verib, həm alarıq can,
Yaşayacaq sonsuzadək hər zaman can Azərbaycan!
Qanımız birdir, dilimiz, sözümüz, canımız bir,
Şimal, cənub birdir bizə, bütöv Azərbaycan bir.
Şanlı bayrağın xatirinə torpağa düşər bir can,
Yaşayacaq sonsuzadək hər zaman can Azərbaycan!
Azərbaycanın torpağı bölünməz bir bütövdür,
Türkün ayaq basdığı yer daim uca Türkündür.
Cənubi Azərbaycan, istiqlalına fəda can,
Yaşayacaq sonsuzadək hər zaman can Azərbaycan!
Kayıt Tarihi : 12.06.2025 16:37:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!