Azerbaycan Türkiye Şiiri - Hilal Asena C ...

Hilal Asena Civan
100

ŞİİR


5

TAKİPÇİ

Azerbaycan Türkiye

Türkəm mən, bu şanlı, əziz vətənin boz qurduyam,
Sən gözəl Anadolusan, mən də odlar yurduyam.
Can vermədən düşmənə yar olmaz, daim burdayam,
Addım-addım gedirik biz də Turan birliyə,
Daim yaşasın, var olsun Azərbaycan-Türkiyə!

Biz o yurdun torpağına, millətinə heyranıq,
Ulu Atatürkə və Rəsulzadəyə heyranıq.
Biz o cümhuriyyətə, o dövlətə heyranıq,
Sözlər yetməz anlatmağa, şahid ol bu sevgiyə,
Daim yaşasın, var olsun Azərbaycan-Türkiyə!

Məqsədimiz bir, millətimiz bir, bayrağımız birdir,
Türklüyümüz, vətənimiz, dilimiz də birdir.
Turan birliyi xəyal deyil, məqsəd və fikirdir,
Hər türkçü sadiqdir o şanlı Turan ülküyə,
Daim yaşasın, var olsun Azərbaycan-Türkiyə!

Əlimiz uzanır hər türk elindən Naxçıvana,
Zəngəzurdan yol açılır baş ülkümüz Turana.
Türk düşməni baş əyəcək əlbət Türkistana,
Heç bir türk aldanmaz düşmənin qurduğu fitnəyə,
Daim yaşasın, var olsun Azərbaycan-Türkiyə!

Əsrlər boyu hökm etdiyim şanlı torpaq mənim,
Bilsin qorxumdan sədd tikən o xain düşmənim:
Soysuz rusa tay olmaz, şanlı tarixim var mənim.
Bir gün əlbət hər kəs baş əyəcək şanlı Türklüyə,
Daim yaşasın, var olsun Azərbaycan-Türkiyə!

Hilal Asena Civan
Kayıt Tarihi : 14.06.2025 02:50:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!