Azerbaycan Yaşasın Şiiri - Hilal Asena C ...

Hilal Asena Civan
77

ŞİİR


6

TAKİPÇİ

Azerbaycan Yaşasın

Cahanda Türk irqi qədər şərəfli bir irq yoxdur,
Buna görə hər zaman Türkün düşmənləri çoxdur.
Türkün yaraşmadığı torpaq mövcud olmasın,
Xəlilrza, Bəxtiyarla Azərbaycan yaşasın!

Türklükdür bu cahanda mənim qürur mənbəyim,
Evimdir bu uca torpaqlar tarix boyu mənim.
Bu bayraq altında heç Türkə düşmən qalmasın,
Xəlilrza, Bəxtiyarla Azərbaycan yaşasın!

İndi Turandır Türkün, Türklərin tək hədəfi,
Meydan oxuyur Türkə cahanın dörd bir tərəfi.
Türkün öz Türkdən qeyri başqa dostu olmasın,
Xəlilrza, Bəxtiyarla Azərbaycan yaşasın!

Əlimdə qələm, yalnız Vətən üçün yazıram,
Vətənə tamah salanın mən qəbrini qazıram.
"Türkəm" deməyənlər, de, bu torpaqda qalmasın,
Xəlilrza, Bəxtiyarla Azərbaycan yaşasın!

Bu şanlı torpaqların tək sahibi Türk mənəm,
Qorxu nədir bilməyən o qəhrəman Mübarizəm.
Türk qanı tökülən torpaqda qeyri-Türk olmasın,
Xəlilrza, Bəxtiyarla Azərbaycan yaşasın!

Hilal Asena Civan
Kayıt Tarihi : 12.06.2025 16:31:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!