Bana söz verme Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Bana söz verme

Məcbur elədim məgər,
Qurban olum Allaha ?
Tuta bilmirsən əgər,
Mənə söz vermə daha …

İçimdə var yüz güman…
Göstərəcəkdir zaman,
Gərək deyil and-aman,
Mənə söz vermə daha ….

Səhv elədin, qınadım,
Boşa deyil inadım…
Səni də çox sınadım,
Mənə söz vermə daha …

Gülüş itib üzümdən,
İncimişəm sözündən…
Sözün düşüb gözümdən,
Mənə söz vermə daha …

Bir daha aldanmaram ,
Sözünü düz sanmaram ,
Versən də inanmaram…
Mənə söz vermə daha…

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 16:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!