Gözünün yaşını tökən ellərin,
Dərənin dibinə çökən sellərin.
Səadət sarayi tikən əllərin,
Özünə səadət qura bilmədi.
Amansız olur bax, şeytanın şəri,
Atəşə qərq edər bütün bəşəri.
Yolunu gözləyən alagöz pəri,
Sənsiz bir dəqiqə dura bilmədi.
Yenə də boş qaldı isti qucağı,
Tənhalıq doldurdu küncü-bucağı.
Sənin gedişinlə söndü ocağı,
Ürəyi tək-tənha vura bilmədi.
Kayıt Tarihi : 6.10.2020 11:59:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!