Ne vaxtsa Şiiri - Habil Yaşar 2

Habil Yaşar 2
19

ŞİİR


0

TAKİPÇİ

Ne vaxtsa

Nə vaxtsa ruhunun qaranlığında,
Ölümü bu qədər gözləmisənmi?
Taleyin gözündən düşdüyü zaman,
Bəxtini bu qədər söyləmisənmi?

Nə vaxtsa əllərin dara düşəndə,
Bəyaz yollarına qara düşəndə,
Könlünə sağalmaz yara düşəndə,
Kimisə bu qədər pisləmisənmi?

Nə vaxtsa dərdlərin əlindən qaçıb,
Özünə yeni bir səhifə açıb,
Dünəni unudub, sabahı yazıb,
Həyatı bu qədər izləmisənmi?

Habil Yaşar 2
Kayıt Tarihi : 2.2.2019 21:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Habil Yaşar 2