Mən səndən uzaqlarda,
Ölsəm bağışla vətən...
Yalvarıram bağışla.
Bağışla məni vətən.
Vətənim özündən də,
Böyük imiş həsrətin.
Qədrini az bilmişəm,
Sən adlı məhəbbətin.
Üzüm-gözüm gülsə də,
Ruhum acıyır vətən.
Şerimin sətirləri,
Qanla yazılır vətən.
Səndə ölməyi bəxş et,
Bəxş et mənə can vətən.
Səndən uzaqda ölsəm,
Bağışla məni vətən.
Ölsəm bağışla vətən.
Kayıt Tarihi : 2.2.2019 21:15:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Habil Yaşar 2](https://www.antoloji.com/i/siir/2019/02/02/olsem-bagisla-veten.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!