Kəsdim ayağını göz yaşlarımın,
Narahat etməsin kipriklərimi.
Rəngi də açılsın baxışlarımın,
Rahat nəfəs alsın ürəyim indi.
Sildim xatirəmin qara tozunu,
Sabahın yolları hamar görünsün.
Bir də göstərməsin o sərt üzünü,
Kədərim sevincin əlində ölsün.
Qırdım ürəyini amansız bəxtin,
Mən belə taleyi alqışlamaram.
Daha turşutmasın sirin-sifətin,
Nə qədər yalvarsa bağışlamaram.
Kayıt Tarihi : 2.2.2019 21:10:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!