Benim heyatım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Benim heyatım

Viran oldu binəcə,
Kədər qəmdə sinəcə.
Yuxumu tərsinəcə,
Yozdu, mənim həyatım.

Köç edib getdi karvan,
Başında yoxdur sarvan.
Nədən olmadı əlvan,
Bozdu mənim həyatım.

Soyuq sular ilinməz,
Davası nə, bilinməz.
Bir əlçimlə silinməz,

Tozdu mənim həyatım?
Asacaqdır çəni də,
Aşacaqdır məni də.
Yandıracaq səni də,
Közdü mənim həyatım.

Məhəbbətim, dur uca,
Eşq qalanı qur, uca.
Kim deyir ki quruca,
Sözdü mənim həyatım.

Uymaz əfsanələrə,
Qalmaz ki sənələrə.
Bilirsənmi nələrə,
Dözdü mənim həyatım.

Bu əzabdır, çəkilən,
Həsrət evi tikilən.
Uzaqlara dikilən,
Gözdü, mənim həyatım.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.3.2020 10:46:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu