Zorluğundan mən qaçmadım,
Qara enerji saçmadım.
Qanunundan baş açmadım,
Şəhərliydim,kəndə düşdüm.
Dönmə hicran lələsinə,
Qəm bağının vələsinə.
Düşdüyün eşq tələsinə,
Bilməyərək mən də düşdüm.
Özümə gəlmirəm hələ,
Qəlbimdə tufan,zəlzələ.
Kədər-qəm verdi əl-ələ,
Bənövşədək bəndə düşdüm.
Kayıt Tarihi : 13.6.2018 10:34:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!