Zalım dünya Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Zalım dünya

Insan günah etməzmi heç,
Günahımı bağışla.keç.
Iki yoldan birini seç,
Ölüm,ya da qalım,dünya.
Zalım dünya,zalım dünya.

Zülmətə üşıq saçıram,
Qəmdən,kədərdən qaçıram.
Gecə-gündüz kart açıram,
Düz çıxmayır falım dünya.
Zalım dünya,zalım dünya.

Gözlərindən qaçmır mürgün,
Sən olmusan mənə sürgün.
Düşmənimdən gərək bir gün,
Qisasımı alım,dünya.
Zalım dünya,zalım dünya.

Yaxşı insanlar gərəyim,
Halaldır duzum,çörəyim.
Hərdən tutanda ürəyim,
Yaman olur halım,dünya.
Zalım dünya,zalım dünya.

Dar gündə sınanmayıram?1
Səhv etsəm qınanmayıram?!
Heç kimə inanmayıram,
Kimə meyl salım,dünya.
Zalım dünya,zalım dünya.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:40:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu