Yüzü deyib Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yüzü deyib

Sən anla,başa düş məni,
Gözləməyir görüş məni.
Xatirimə dost-düşmənin,
Biri deyil,yüzü dəyib.

Hanı Sənanın Xumarı,
Yox daha bəzək-tumarı.
Üzümə məsti-xumarın
Al yanaqlı üzü dəyib.

Yenə yağır narın-narın,
Üşüyürəm altda qarın.
Deyəsən xətrinə yarın,
Sözümün ən düzü dəyib.

Hiylə,məkrdən aranmış,
Sevgi tanrıdan yaranmış.
Hamarlanaraq daranmış
Tellərimə özü dəyib.

Ayır görüm külü küldən,
Seçəmmirəm gülü gükdən.
Saralıram günü gündən
Rəqibimin gözü dəyib.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu