Yıxa derdimi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3729

ŞİİR


28

TAKİPÇİ

Yıxa derdimi

Qiyməti yox imiş bir ovuc ləlin,
Həsrət bəy,hicransa nazənin gəlin.
Nə olar,insanlar yığışın gəlin,
Çıxardın əbədi yoxa dərdimi.

Vüsala “Yanımdan keç”-demirəm ki,
Fərəhə”Sən məni seç”-demirəm ki.
Möhnəti.kədəri heç demirəm ki,
Ayrılıq əlini sıxa dərdimin.

Heç haqqın yoluna gəlməyirəm mən,
Həsrətin tozunu silməyirəm mən.
Bir kiçik fənd belə bilməyirəm mən,
Sevincim böyüyüb yıxa dərdimi.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 15:55:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu