Yar olaydım Şiiri - Sevinc Arzulu

Yar olaydım


Yayda yaşar oba dağda,
O eldəcə var olaydım.
İsti gündə Baba dağda,
Əriməmiş qar olaydım.

Sən tapdığım ləl xəzinə,
Ayrı salar de, bizi nə.
Kaş dönəydin bir tarzənə,
Mən sinəndə tar olaydım.

Sözüm yoxdur belə baxta,
Dediklərin tamam saxta.
Nə çıxaydım uca taxta,
Nə də belə xar olaydım.

Mən süfrəndə mey olmadım,
Dərd oyadan ney olmadım.
Neynim şahin, ley olmadım,
Qəm dağında sar olaydım.

Qulağıma gəlir bir səs,
-“Çəkdiklərin deyilmi bəs”.
Mənə lazım deyil heç kəs,
Tək sənə dost, yar olaydım.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 17:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu