Vida kimisin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Vida kimisin

İzlərim yormayır səni,
Sözlərim hörməyir səni.
Gözlərim görməyir səni,
Ən uzaq ada kimisən.

Vurulmuşdun zərif telə,
Qurban getdin coşqun selə.
Yayın istisində belə,
Somsoyuq oda kimisən.

Çatmısan ayın onuna,
Girmisən payız donuna.
Qəmli cümlənin sonuna,
Qoyulan nida kimisən.

Mən yaralı bir qaranquş,
Qara qarğaya gəldim tuş.
Kimsəyə olmayırsan nuş,
Soyumuş qida kimisən.

Quş olmadı əkil-bəkil,
Divardaca oldu şəkil.
Həyat səhnəsindən çəkil,
Sonuncu vida kimisən.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.09.2026 05:57:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!