Ayrılıq qayaya qonub qalıbdır,
Adını aramla yonub qalıbdır.
Elə boynubükük donub qalıbdır,
Sual nə eyləsin nida günündə.
Əzrail nə etsin edamlar varkən,
Soyu cəllad olan adamlar varkən.
Min dənə ləzzətli təamlar varkən,
Meyvə yeyilərmi qida günündə.
Səhər tər içində oyanıb durdum,
Həsrətin nuruna boyanıb durdum.
İçimdə lal sükut, dayanıb durdum,
Sevdanla sonuncu vida günündə.
Kayıt Tarihi : 1.09.2026 05:54:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!