Varlı Adamın Etirafları

Mehemmed İbrahim
22

ŞİİR


0

TAKİPÇİ

Varlı Adamın Etirafları

Qocalmışam,
Üzümdə dollar cizgisi.
Həyatımın ən bədbəxt hadisəsi
Pul itkisi.
Və ən varlı adam mənə
İnsanların ən sevimlisi..

Pulu var deyə
Ən təpəyə çıxarıldı
Dəyərsizlər.
Heyvandan fərqsiz görülür
Ac olan kimsəsizlər.
Yardım edilir kasıblara
Sırf bəyənilmə xatirinə.
Və xeyirsevər elan edilir
Ən zərərlilər..

Mehemmed İbrahim
Kayıt Tarihi : 19.9.2021 11:41:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Mehemmed İbrahim