Üzdüm-üzdüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Üzdüm-üzdüm


Oxşa qızılgülü, tez açsın deyə,
Söylə dərd-sərini, qəm qaçsın deyə
Tək mənim yoluma nur saçsın deyə,
Ulduzlu səmadan ay üzdüm, üzdüm.

Həsrətdən ürəyim yaman oylanır,
Gündüz günəşlənir, gecə aylanır.
Dedilər adada fərəh paylanır,
Burdan Narginəcən ay üzdüm, üzdüm.

Elə bu dünyada sevdim özümü,
Üzbəüz gələndə döydüm gözümü.
Qıymadım söyləyim”həri” sözünü,
Yarın ürəyini ay üzdüm, üzdüm.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:32:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu