De, nəyə lazımdır zavallı olmaq,
Daima qəm-kədər əhvallı olmaq.
Bir dünya qüdrətdir çox varlı olmaq,
Milyonda görünür, yüzdə görünmür.
Tülkü tək hiyləgər, xain, bic dünya,
Sərxoşluq eyləyir hərdən gic dünya.
Söylə mənə nədən sənin iç dünyan,
Yalanda görünür, düzdə görünmür.
Üzümə qayıdır dərdin-möhnətin,
Sürüşkən qayadır lal məhəbbətin.
Sualtı qayıqdır ulu qüdrətin,
Dəniz dalğalısa, üzdə görünmür.
Kayıt Tarihi : 30.6.2018 17:44:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!