Tel oluram Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tel oluram

Gah dönürəm sakit çaya,
Gah da coşan sel oluram.
Gah xəyalım uçur aya,
Gah da tufan,yel oluram.

Düşməyim heç bir tilsimə,
Dostlar səs versin səsimə.
Gah dönürəm nazik simə,
Gah da qalın tel oluram.

Çətin məndən bezə,doya
Yarım məni tənha qoya.
Gah dönürəm uca boya,
Gah da incə bel oluram.

Həmişə sal məni yada,
Unutma,sev məni ya da.
Gah dönürəm tamam yada,
Gah da tanış el oluram.

Bulud yerə qar ələyə,
Məni ağappaq bələyə.
Gah uyuram hər kələyə,
Gah da hiylə,fel oluram.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:36:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu