Taxtından saldım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Taxtından saldım

Eşit çəkəcəyim zərbi misalı
Yalın ayaq ilə gəzmə qumasalı.
Tənha , ağlar gördüm şirin vüsalı
Çəkib ayrılığın taxtından saldım.

Düşdüm xoşbəxtliyin şən qitəsinə,
Vuruldum mələyin hər diktəsinə
Yönəltdim taleyin min nöqtəsinə,
Fələyin qızılı baxtından çaldım.

Qüssəni gizlədir qara çən demə,
Ayrılıq rəmzidir bəyaz dən demə.
Səadət evinə gedir sən demə,
Gecikdim.Qatarın vaxtından qaldım.

Sevinc Arzulu
Kayıt Tarihi : 17.10.2021 16:52:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu