Suyun lillenib Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3737

ŞİİR


28

TAKİPÇİ

Suyun lillenib

Yağış yağar izimə,
Tikan batar dizimə.
Eh, mənim əvəzimə
Xatirələr dillənib.

Dostunu sal aparıb,
Üzündə xal, aparıb.
Elə bil hal aparıb,
Gözü suya zillənib.

Yerə xalı sərmişdi,
Yel qanadın gərmişdi.
Bir günlüyə gəlmişdi,
Neçə vaxtdır illənib.

Sakitləşib pələngim,
Boynumdadır çələngim.
Qızılı çərpələngim,
Göy üzünə millənib.

Belədir adil insan,
Həmişə edər ehsan.
Yenə yağıbdır leysan,
Araz, suyun lillənib.

Sevinc Arzulu
Kayıt Tarihi : 2.10.2025 10:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!